USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yellendən inflyasiya qiymətləndirməsi

21.11.2023 İqtisadiyyat
0 0
ABŞ Maliyyə Naziri Janet Yellen inflyasiyanın azaldılmasında əhəmiyyətli irəliləyiş əldə etdiklərini, bunu iqtisadiyyatın və əmək bazarının gücünü qoruyaraq etdiklərini bildirib.

Yellen qatıldığı televiziya proqramında iqtisadi gündəmlə bağlı qiymətləndirmələr edib.

Oktyabr ayında ABŞ-da inflyasiyanın illik bazda 3,2 faiz azaldığını xatırladan Yellen, "İnflyasiyanın azaldılmasında əhəmiyyətli irəliləyiş əldə etdiyimizi düşünürəm" deyib.

Yellen bildirib ki, qiymətlər ümumilikdə çox daha yavaş artsa da, amerikalılar hələ də pandemiyadan əvvəlki dövrlə müqayisədə bəzi mühüm maddələrdə, o cümlədən ərzaq qiymətlərində qiymət artımlarını görüblər.

Qiymətlərin amerikalıların öyrəşdiyindən daha yüksək olduğunu bildirən Yellen, inflyasiyanın azaldılmasında əldə edilən irəliləyişin iqtisadiyyatın və əmək bazarının gücünü qoruyaraq əldə edildiyini və bunun amerikalılar üçün "yaxşı xəbər" olduğunu bildirib.

Yellen bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyası ölkənin bir çox bölgələrində şəraiti yaxşılaşdıracaq investisiyalar edir.

O, İsrail və Ukraynaya yardımın göstərilməsinin vacibliyini vurğulayıb

Bayden administrasiyasının Konqresdən tələb etdiyi, əsasən də İsrail və Ukrayna üçün nəzərdə tutulan 105 milyard dollarlıq əlavə fondun ilin sonuna qədər qüvvəyə minməsi ehtimalı ilə bağlı suala Yellen bunun prezident Bayden üçün kritik bir prioritet olduğunu və kritik əhəmiyyət daşıdığını vurğulayıb.

  • Əvvəlki

    İstanbula qar yağacaq

Digər xəbərlər

08.12.2023 İqtisadiyyat
Bu sığorta şirkəti - BAĞLANDI
0 1
08.12.2023 İqtisadiyyat
Lirə 29-a bərabərləşdi
0 0
08.12.2023 İqtisadiyyat
Neftimiz bu gün də - UCUZLAŞDI
0 0