USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro Zonasında inflyasiya yüksəlib

18.07.2018 İqtisadiyyat
0 0
Avropa Statistika Ofisinin (Eurostat) yaydığı məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində may ayında 1,9 faiz olan illik inflyasiya iyunda 2%-ə qalxıb.

28 üzvlü Avropa Birliyində (AB) isə mayda 2 faiz olan illik inflyasiya, iyunda 2 faiz səviyyəsində qalıb.

AB-də iyunda ən aşağı illik inflyasiya 0,7 faiz ilə İrlandiyada, 1 faiz ilə Yunanıstanda və 1% ilə Danimarkada qeyd edilib.

Ən yüksək illik inflyasiyaya malik ölkələr isə 4,7% ilə Rumıniya və 3,9% ilə Estoniya olub.

Avropa Mərkəzi Bankı (ECB) regionda qiymət sabitliyini təmin etmək üçün orta perspektivdə 2%-ə yaxın səviyyəsində inflyasiya hədəfləyir. Bank, bu istiqamətdə aktiv alışı proqramı və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.

  • Əvvəlki

    Kənd Təsərrüfatı Nazirliyində iki idarə rəisi işdən azad edildi

Digər xəbərlər