I yarımillikdə 6 mindən çox şirkət yaradılıb

18.07.2018 İqtisadiyyat
Vergilər Nazirliyi 2018-ci ilin I yarısında 40706 vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə nazirliyin məlumatında deyilir.

"Cari ilin I yarısında Vergilər Nazirliyi tərəfindən 40706 vergi ödəyicisi, o cümlədən 6033 hüquqi şəxs və fərdi sahibkarlıqla məşğul olan 34673 fiziki şəxs qeydiyyata alınıb", - deyə məlumatda bildirilir.

Yanvar-iyun aylarında 47477 vergi ödəyicisi sahibkarlıq fəaliyyətini bərpa edib.

Bundan başqa, 2018-ci ilin I yarısında 8500 kassa aparatı qeydiyyata alınıb.

Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların "bir pəncərə" prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 1-2 gün ərzində həyata keçirilir.

İnterfaks-Azərbaycan