USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təbii qaz idxalı 3,2 faiz azalıb

28.11.2023 İqtisadiyyat
0 0
Türkiyənin təbii qaz idxalı sentyabr ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 3,2 azalaraq təxminən 3 milyard 291 milyon 830 min kubmetrə çatdı.

Enerji Bazarını Tənzimləmə Qurumunun sentyabr ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”na əsasən, idxalın təxminən 2 milyard 790 milyon 690 min kubmetri boru kəmərləri, 501 milyon 140 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.

Boru kəmərləri ilə təbii qaz idxalı sentyabr ayında keçən ilin eyni ayına görə yüzdə 10,1 azalarkən, LNG idxalı yüzdə 69 artdı. Ümumi təbii qaz idxalı bu dövrdə yüzdə 3,2 azalaraq təxminən 3 milyard 291 milyon 830 min kubmetrə çatıb.

Sentyabrda ən çox təbii qaz idxalı 1 milyard 902 milyon 170 min kubmetrlə Rusiyadan olarkən, bu ölkəni 888 milyon 520 min kubmetrlə Azərbaycan və 399 milyon 57 min kubmetrlə Əlcəzair izləyib.

Bu müddətdə İrandan təbii qaz idxal edilməyib. Əlcəzairdən təbii qaz idxalı 35 faiz, Azərbaycandan təbii qaz idxalı 25 faiz, Rusiyadan təbii qaz idxalı isə 23,5 faiz artarkən, ABŞ-dan LNG miqdarı 100 faiz artaraq 101 milyon 570 minə çatıb.