USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft-qaz sazişlərindən 765 milyon manat bonus - GƏLİR

18.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli fərmanı ilə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər edilib.

"Kommersant" ARDNF-nin yaydığı məlumatlara istinadən xəbər verir ki, fərmana uyğun olaraq 2018-ci il büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədi ilə Neft Fondunun 2018-ci il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 9 mlrd. 723 mln. 786,1 min manatdan 13 mlrd. 307 mln. 411 min manata qədər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 3 mln. 612 min manatdan 4 mln. 80 min manata, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 16 mln. 340 min manatdan 17 mln. 370 min manata, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 mlrd. 42 mln. 46,1 min manatdan 1 mlrd. 216 mln. 734,8 min manata, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus gəlirləri 774 mln. 172 min manatdan 765 mln. 228,1 min manata qədər və Fondun 2018-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 11 mlrd. 559 mln. 956,2 min manatdan 15 mlrd. 310 mln. 823,9 min manata qədər artırılıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 9 mlrd. 216 mln. manatdan 10 mlrd. 966 mln. manata qədər artırılıb.

Neft Fondunun 2018-ci il üçün büdcə xərclərinin ümumi həcmi 9 mlrd. 730 mln. 221,8 min manatdan 11 mlrd. 480 mln. 221,8 min manata qədər artırılıb.