Ian Dov adlı bir macəraçı köhnə "Təcili yardım" maşınını sözün əsl mənasında bir "macəra maşını"na çevirib.
"Kommersant" xarici mətbuata istinadən bildirir ki, macəraçı köhnə ambulans maşınını cəmi 2,800 dollara satln alıb. Hər şey də bundan sonra başlayıb.
Dov cəmi 6 aya köhnə təcili tibbi yardım maşınından "möcüzə" yaratmağı bacarıb. İndi o, "El Salvador" ləqəbli avtomobili və yaxın dostu olan Dino ləqəbli iti ilə bütün dünyanı gəzir.
Motosikletini avtomobilin arxasına bağlayan Dov, sərgüzəştlərdən çəkdirdiyi şəkilləri öz şəxsi Instagram səhifəsində paylaşır.