USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda iki universitetin yataqxanası fərqli model üzrə tikiləcək

18.07.2018 İqtisadiyyat
0 0
Bakıda iki universitetin yataqxana kompleksi “Tik–idarə et–təhvil ver” modeli əsasında inşa olunacaq.

"Kommersant"ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyəti üzrə hesabatda deyilir.
Qeyd olunur ki, tədbirin icrası məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı ilə bağlı bir sıra ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib, eləcə də bu sahədə ölkəmizdə mövcud vəziyyət və sözügedən sahəni tənzimləyən milli qanunvericilik sistemi araşdırılıb. Araşdırmaların nəticəsi olaraq, ölkədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya layihəsi hazırlanıb. "Tik–idarə et–təhvil ver" modeli ("TİT" modeli) əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər görülüb, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib.

"TİT" modeli çərçivəsində həyata keçirilməsi mümkün ola biləcək layihə müəyyən edilib, müvafiq texniki iqtisadi əsaslandırmanın və digər aidiyyəti sənədlərin hazırlanması üçün zəruri işlərin görülməsinə başlanılıb.
Həmçinin ADNSU və BDU-nun tələbələri üçün yataqxana komplekslərinin tikintisinin "TİT" modeli çərçivəsində həyata keçirilməsi pilot layihələr olaraq müəyyənləşdirilib.

  • Əvvəlki

    “Azərkosmos” ASC “Azersky” peykinin təsvirlərinə dair müsabiqənin nəticələrini elan edib

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0