USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Reklam Agentliyi qanunvericiliyi pozanları cərimələyir

19.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilin birinci yarısında reklam qanunvericiliyinin pozuntusu üzrə 2 min fakt aşkar edib.

Agentliyin direktor müavini Orxan Əliyev bildirib ki, reklam qanunvericiliyinin pozucularının aşkar edilməsi üzrə işlər davam etdirilir.

"İlin əvvəlindən indiyədək təxminən 2 min bu kimi fakt aşkar edilmişdir ki, bunun nəticəsində 10 protokol tərtib edilmiş və 500 manatdan 10 min manatadək cərimə tətbiq edilmişdir", - deyə O.Əliyev bildirib.

"Bakının Baş planının hazırlanması prosesinə qoşulmağa hazırıq"

Azərbaycanın Dövlət Reklam Agentliyi (ADRA) reklam konstruksiyalarının istifadəçilərinin elektron qeydiyyatının həyata keçirməsinə hazırlaşır.

Agentliyin direktor müavini Orxan Əliyev bildirib ki, sentyabr ayında ictimaiyyət üçün elektron sistemin təqdimatı olacaq.

"Azərbaycanda reklam qanunvericiliyi şəhərsalma və memarlıq tələblərinə uyğun olaraq hazırlanıb, eyni zamanda ADRA Bakının yeni baş planının hazırlanması prosesinə qoşulmağa hazırdır və zəruri halda, yeni Baş plana müvafiq olaraq yeni tələblərin hazırlanmasına başlaya bilər", - O.Əliyev belə deyib.

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər