USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Brent” markalı neftin barelinin qiyməti artıb

30.01.2024 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 82,01 dollara satılır.

Ötən gün 84,17 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 81,83 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 10.02-də bağlanış vaxtı ilə müqayisədə 0.21 faiz artaraq 82.01 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 77,06 dollara satılıb. Neft qiymətləri ABŞ iqtisadiyyatının “yumşaq eniş” edəcəyi gözləntiləri və Yaxın Şərqdə artan gərginlik səbəbindən yüksəlib.

FED-in sabah siyasət faizini sabit qoyacağına dair gözləntilər qiymətlərin yüksələn hərəkətini dəstəkləyir. Buna görə, pul bazarlarında qiymətlər bankın mart ayında 50 faiz ehtimalla faizləri endirməyə başlaya biləcəyini proqnozlaşdırsa da, siyasət faizinin sabit qalması halında may ayında keçiriləcək iclasda endirimin ediləcəyi dəqiq hesab edilir. Bundan əlavə, həftə sonu Qırmızı dənizdə artan gərginlikdən sonra artan tədarük narahatlığı da qiymət artımlarına kömək edir.

Suriya-İordaniya sərhədindəki Amerika bazasına hücumla bağlı açıqlama verən ABŞ dövlət katibi Antoni Blinken, sözügedən hücumların cavabsız qalmayacağını və bu cavabın “çox qatlı” və “mərhələli” olacağını qeyd edib. Digər tərəfdən, Çində daşınmaz əmlak sektoru ilə bağlı artan narahatlıqlar, epidemiyadan sonrakı bərpa prosesində ölkənin iqtisadi görünüşü ilə bağlı narahatlıqları artıraraq qiymətlərin yuxarıya doğru hərəkətini məhdudlaşdırır.

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində məhkəmə kreditorların borc böhranı yaşayan daşınmaz əmlak şirkəti Evergrande-yə qarşı qaldırdığı iddiada şirkətin aktivlərinin ləğv edilməsinə qərar verib. Bildirilir ki, texniki olaraq Brent markalı neftin 82,29-82,49 dollar aralığı müqavimət, 81,90-81,71 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.