USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynada Azərbaycan diaspor təşkilatları birləşib

19.07.2018 İqtisadiyyat
0 0
Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Kommersant"a verilən məlumata görə, bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb.

Bununla bağlı diaspor təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib və birgə fəaliyyətin mexanizmləri müzakirə edilib.

Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb.

İşçi Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birləşmənin vacib olduğunu bildiriblər. Artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.