USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozona iqtisadiyyatı inkişaf etmir

30.01.2024 İqtisadiyyat
0 0
Avrozona iqtisadiyyatı ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə böyüməyib. ​

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin son rübü üçün Avropa İttifaqı (Aİ) və Avrozonanın Ümumi Daxili Məhsulu (ÜDM) üzrə aparıcı məlumatları açıqlayıb. Məlumata görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2023-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə sabit qalıb.

Avrozonada ÜDM ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 0,1 artıb. Bazar gözləntiləri Avrozonada ÜDM-in rüblük əsasda 0,1 faiz azalacağı və illik əsasda dəyişməz qalacağı idi. Açıqlanan məlumatların bazar gözləntilərindən daha müsbət olması diqqət çəkib. Ötən ilin dördüncü rübündə AB-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM rüblük əsasda sabit qalsa da, illik bazda 0,2 faiz artıb. Digər tərəfdən, AB və Avrozona iqtisadiyyatları keçən ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə yüzdə 0,1 daralıb.

ÜDM əvvəlki rüblə müqayisədə dördüncü rübdə İrlandiyada 0,7 faiz, Almaniya və Litvada isə 0,3 faiz azalıb. Fransada ÜDM sabit qaldığı halda, İtaliyada 0,2 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM İrlandiyada 4,8 faiz, Avstriyada 1,3 faiz, Almaniya, Çexiya və Latviyada 0,2 faiz azalıb. İsveçdə ÜDM dəyişməz qalıb, İtaliyada 0,5 faiz, Fransada 0,7 faiz artıb.

  • Əvvəlki

    BVF bu il üçün qlobal iqtisadi artım proqnozunu artırıb

Digər xəbərlər

20.05.2024 İqtisadiyyat
Brent markalı neft bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
17.05.2024 İqtisadiyyat
Şengen böhranı böyüyür
0 0
17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0