USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada qaz qiymətləri yaydan bəri ən aşağı səviyyəyə düşüb

12.02.2024 İqtisadiyyat
0 0
Avropada qazın birja qiymətləri min kubmetr üçün 290 dollara düşüb.

Bazar ertəsi, fevralın 12-də Londonun ICE birjasında Avropanın ən böyük Hollandiya TTF mərkəzinin indeksi üzrə fevral fyuçersləri üç faizdən çox azalaraq min kubmetr üçün təxminən 290 dollara düşüb ki, bu da 2023-cü ilin iyulundan bəri minimumdur. Qazın birja qiymətlərinin aşağı düşdüyünü saytdakı məlumatlar da sübut edir.

Qiymətlərin aşağı düşməsinə yaxın günlərdə temperaturun yüksələcəyi gözləntiləri və anbarlarda ehtiyatların yüksək səviyyədə davam etməsi təsir göstərir. Həm Qırmızı dənizdəki qeyri-sabitliyə görə Yaxın Şərqdən tədarüklə bağlı qeyri-müəyyənlik, həm də ABŞ prezidenti Co Baydenin yeni qaz ixracı icazələrinin verilməsini təxirə salmaq qərarı dinamikanı dəyişə bilməz.

Bundan əvvəl ekspertlər qeyd etmişdilər ki, Avropanın Rusiya boru kəməri qazının alışını kökündən azaltdığı və problem yaşamadığı ardıcıl ikinci isitmə dövründə treyderlər arxayınlaşıblar. İndi onlar artıq qəfil zərbələrə və yanacaq xərclərinin kəskin artmasına mərc etmirlər ki, bu da özlüyündə bazarı sabitləşdirməyə kömək edir.

Bunun fonunda Avropa bu ilin sonunda Ukrayna qaz nəqli sistemi (QTS) vasitəsilə Rusiya qazının nəqlinin dayandırılmasına hazırlaşmağa başlayıb. Kiyev mövcud tranzit müqaviləsini yeniləməyə və ya yenisini imzalamağa meylli deyil, Avropa hakimiyyəti isə belə bir qərara görə problemlərlə üzləşəcəklərinə artıq inanmır.