USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Mərkəzi Bankı inflyasiyanın daha da azalacağını gözləyir

15.02.2024 İqtisadiyyat
0 0
Avropa Mərkəzi Bankının (AMB) sədri Christine Lagarde, Avro Bölgəsində inflyasiyanın hədəfə doğru endiyini, lakin 2 faizlik hədəfə nail olmaq üçün daha çox məlumatlara ehtiyac duyduqlarını söylədi. ​

Laqard Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən Pul Dialoqu adlı sessiyasında çıxış edib.

2023-cü ildə Avrozonada iqtisadi fəallığın zəif qaldığını və son rübdə real artımın durğunlaşdığını xatırladan Laqard, aktivlikdəki zəifliyin tikinti, istehsal və xidmətlərdən tutmuş müxtəlif sektorlara yayıldığını, lakin bəzi perspektiv göstəricilərin bu sahədə canlanmaya işarə etdiyini bildirib.

Yanvarda inflyasiyanın 2,8 faizə düşdüyünü xatırladan Laqard əsas inflyasiyanın tədricən azaldığını bildirib.

Maaş artımının güclü olmağa davam etdiyini izah edən Laqard, bunun əksi olaraq maaşların gələcək rüblərdə inflyasiya dinamikasında getdikcə daha əhəmiyyətli bir faktor olmasını gözlədiklərini söylədi.

Laqard, son məlumatların ümumiyyətlə inflyasiyanın azalmasını təsdiq etdiyini, keçmişdə yuxarı istiqamətli şokların təsirinin azaldığını və sərt maliyyələşdirmə şərtlərinin inflyasiyanın aşağı düşməsinə kömək etdiyi üçün inflyasiyanın 2024-cü ildə tədricən daha da azalacağını gözlədiklərini vurğuladı.

ECB-nin dekabr toplantısında əsas siyasət faiz dərəcələrində dəyişiklik etmədiyini xatırladan Laqard, “Mövcud faiz səviyyəsi kifayət qədər uzun müddət saxlanılarsa, inflyasiyanın vaxtında 2 faizə qayıtmasına əhəmiyyətli töhfə verəcək. İnflyasiyanın azalmasının davam edəcəyi gözlənilir" dedi.

Avro Bölgəsinin 2 faizlik inflyasiya hədəfinə davamlı şəkildə çatmasını təmin etmək istədiklərini və bunun üçün daha çox məlumatlara ehtiyac duyduqlarını söyləyən Laqard, ECB-nin pul siyasətində inflyasiya görünüşünü və inflyasiyanı nəzərə alan bir yanaşma tutacağını açıqlayıb.