USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada iqtisadi artım proqnozu pisləşib

15.02.2024 İqtisadiyyat
0 0
Avropa Komissiyası 2024-cü ildə avrozona iqtisadiyyatı üçün artım proqnozunu 0,8%-ə endirib.

Avropa Komissiyası (AK) 2024-cü ildə avrozona ölkələrinin ümumi iqtisadiyyatının artım perspektivləri ilə bağlı proqnozunu aşağı salıb. Bloomberg bu barədə AK-nin press-relizinə istinadən xəbər verir.

Sənəddə deyilir ki, yeni hesabatda cari il üçün gözləntilər 1,2 faizdən 0,8 faizə, 2025-ci il üçün isə 1,6 faizdən 1,5 faizə endirilib. AK, həmçinin Avropa Mərkəzi Bankının (ECB) təxminlərinə uyğun olaraq, bu il inflyasiyanın 2,7 faizədək azalacağını gözləyir.