USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəyə ət idxalı - ARTIB

16.02.2024 İqtisadiyyat
0 0
Ötən ay Azərbaycana 8 542.25 min ABŞ dolları dəyərində 4 410.92 ton ət idxal olunub.

Kommersant.az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.8 faiz artım olub.

Ötən ilin yanvarı ilə müqayisədə ölkəyə idxal olunan ətin statistik dəyərində isə 1.7 dəfə artım qeydə alınıb.