USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hyundai iki modelin istehsalını dayandırdı

26.02.2024 İqtisadiyyat
0 0
Hyundai iki modelin istehsalının fevral ayından etibarən bitəcəyini açıqlayıb.

Hyundai-nin N seriyalı modelləri standart avtomobillərdən daha yüksək performansa malik olsa da, onların istehsalı artıq tamamilə dayandırılacaq.

Hyundai rəsmi olaraq i20 N modelinin və i30 N modelinin istehsalının fevral ayında başa çatacağını açıqladı. Ehtimal olunur ki, bu qərarın arxasında duran əsas səbəb avtomobillərin artıq elektrik alternativlərinin olmasıdır.

Ioniq 5 N modeli Avropa bazarında istehsalı dayandırılacaq i20 N və i30 N modellərinin yerinə alternativ olaraq seçilir. İoniq 6 modelinin gələcəkdə N versiyası ilə çıxacağı da bildirilib.

Bu dəyişikliklərlə Hyundai öz elektrikli avtomobil portfelini genişləndirməyi və müştərilərə müxtəlif variantlar təklif etməyi hədəfləyir.

  • Əvvəlki

    Çin insan haqları adı altında ölkələrin işlərinə müdaxilənin əleyhinədir

Digər xəbərlər

16.12.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
16.12.2025 İqtisadiyyat
Qızılın qiyməti enir
0 0