USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ABŞ dolları ucuzlaşacaq”

01.03.2024 İqtisadiyyat
0 0
Amerikalı milyarder Robert Kiyosakidən sonra artıq Bitcoin-i ölkəsinin valyutasına çevirən Salvador prezidenti Nayib Bukele xəbərdarlıq edib: “Köpük qaçılmaz olaraq partlayacaq. Dollar və onunla birlikdə Qərb sivilizasiyası da düşəcək”. ​

Bir həftə sonra Amerika iqtisadiyyatı üçün ikinci xəbərdarlıq...

“Doların sonu Roma İmperiyası kimi olacaq. Rich Dad Company maliyyə təhsili şirkətinin sahibi Robert Kiyosakinin "Qızıl və ya Bitcoin al" deməsindən sonra El Salvador prezidenti Nayib Bukele "şar partlayacaq" deyib.

Üstəlik, 2021-ci ildə Bitcoin-i ölkəsinin rəsmi valyutasına çevirən Bukele bu barədə ABŞ-ın Merilend ştatında keçirilən CPAC Sammitində açıqlama verib. ABŞ iqtisadiyyatının ardıcıl pul çapı ilə "cəfəngiyyat" üzərində qurulduğunu deyən Bukele, qlobal iqtisadiyyatın onurğa sütununa çevrilən valyutanın dəyər itirəcəyinin vurğulayıb. Mərkəzi Amerika ölkəsinin 42 yaşlı liderinin xəbərdarlıqlarını təqdim edirik:

“Əsl problem odur ki, siz amerikalılar hökuməti maliyyələşdirdiyiniz barədə yanlış təsəvvürü saxlamaq üçün yüksək vergi ödəyirsiniz. Əslində bunu etmirsiniz. Hökumət pul çap etməklə maliyyələşir, arxası kağızdır. Qaçılmaz olaraq qabarcıq partlayacaq. Vəziyyət göründüyündən də pisdir. Çünki əksər amerikalılar və dünyanın qalan hissəsi bu cəfəngiyyatı başa düşsəydilər, pul vahidinizə olan inam itərdi. Dollar ucuzlaşacaq və onunla birlikdə Qərb sivilizasiyası da aşağı düşəcək”.

  • Əvvəlki

    Moody's bu il G20 iqtisadi artımının yavaşlamasını gözləyir

Digər xəbərlər