USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dənizkənarı Milli Parkda - VİDEO-TUR

20.07.2018 İqtisadiyyat
0 0
Burada zaman sanki dayanır, rəngli düşüncələr ruha hakim kəsilir.

"Kommersant" xəbər verir ki, bir vaxtlar Bakının "almaz boyunbağı" adlandırılan Dənizkənarı Milli Park xüsusilə axşam saatlarında daha əsrarəngiz görünür.

Burada sanki zaman dayanır, rəngli düşüncələr ruha hakim kəsilir. Nura qərq olan gecə görünüşləri insanı romantik mənzərənin əsirinə çevirir.

Saat 21:00-ı göstərir. İşgüzar həyatdan yorulan, dəniz havası almaq istəyən, dərdini dəniz ləpələrinə tökmək istəyən hər kəs - gənc, yaşlı yolunu buradan salır. Uşaqlar isə dondurma yeməklə sanki istiyə meydan oxumağa çalışırlar.

Gitara ilə musiqi ifa edən gənclər isə diqqəti cəlb etməyi bacarmışdı. Canlı musiqidən zövq alanlar yalnız bir kənarda əyləşib dinləyənlər deyildi. Asiyalı turist anı kamerasının yaddaşına köçürürdü.

Sahilində minlərlə eşqin lövbər saldığı Xəzər bu dəfə də gənc sevgililərə qucaq açmışdı. Göy üzündə bərq vuran Ay sanki sevgiyə dəstəyini yerə səpələdiyi nurla göstərməyə çalışırdı.

Saat birə işləsə də, Bakı Dənizkənarı Milli Parkından ayrılmaq olmur. Gecənin nağıl tamaşası başa çatsa da, təəssüratlarımın uzunmüddətli olacağına şübhə etmirəm.

  • Əvvəlki

    "Ukrayna dairəsi"ndə nəqliyyatın hərəkəti bərpa olunub

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0