Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib
Məlumata görə, yeni menecer Adrian Çernautandır.
"Mən İyulun 1-dən Coca-Cola şirkətinin Qafqaz qregionu üzrə meneceri təyin edilmişəm. Mən Azərbaycanda işləyəcəyəm. Azərbaycanın və digər Qafqaz ölkələrinin inkişaf potensialı çox böyükdür", - Adrian Çernautan jurnalistlər ilə görüşündə bildirib.
Bundan əvvəl Adrian Çernautan "Coca-Cola Avstriya" şirkətinin icraçı direktoru işləyib. O, Maldova, Rumıniya və Macarıstanda da çalışıb.
"Azerbaijan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır. "Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və satışını həyata keçirir. "CCI" - Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir.

Digər xəbərlər
Fed-in "gözlə və gör" mesajı: Müharibənin kölgəsində faiz dərəcəsi yolu qeyri-müəyyəndir



.png)


.jpg)



.jpg)

























































