ABŞ-ın ticari xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftəyə görə təxminən 1 milyon 400 min barrel artdı.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon 400 min barrel artaraq 448 milyon 500 min barrelə yüksəldiyini açıqladı. Bazar gözləntisi ehtiyatların 423 min barel artacağı idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 700 min barel artaraq 361 milyon barrelə çatıb.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 4 milyon 500 min barrel azalaraq 239 milyon 700 min barelə düşüb.
Neft hasilatı azalıb
ABŞ-ın xam neft idxalı ötən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 837 min barrel artaraq 7 milyon 222 min barrelə, xam neft ixracı isə orta hesabla 91 min barrel azalaraq 4 milyon 728 min barelə çatıb.
Ölkənin gündəlik xam neft hasilatı 24 Fevral-1 Mart həftəsində 97 min barrel azalaraq 13 milyon 636 min barrel olaraq qeyd edildi.
EIA-nın "Fevral 2024 Qısamüddətli Enerji Görünüşü Hesabatı"na görə, ABŞ-ın gündəlik orta xam neft hasilatının bu il 13 milyon 100 min barrel, gələn il isə 13 milyon 490 min barrel olacağı gözlənilir.