USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin pivə haqqında: müsəlmanlar xahiş edirsə, düşünərəm

20.07.2018 İqtisadiyyat
0 0
Tatarstan rəhbəri Rüstəm Minnixanov Rusiya prezidenti Vladimir Putinifutbol oyunları zamanı pivə satışına icazə verilməsi məsələsi ətrafında düşünməyə dəvət edib.

"Kommersant" xəbər verir ki, belə bir təklif Kalininqradda keçirilən Bədən tərbiyəsi və idman məsələləri üzrə Dövlət şurasının iclasında səsləndirilib.

Minninxanov bildirib ki, futbol üzrə keçirilən dünya çempionatı zamanı Tatarstanda 90 milyon rubl dəyərində pivə satılıb, lakin heç bir xoşagəlməz hadisə qeydə alınmayıb.

"Mən diqqət çəkmək istərdim: kişilər pivəni çox sevirlər... Əlbəttə, bir müsəlman kimi bunu söyləmək utancvericidir. Amma mən pravoslav qardaşlarımızın qeydinə qalıram...", - Tatarstan başçısı deyib.

Putin bu xahişə təbəssümlə cavab verib:

"Əgər müsəlmanlar pivəyə liberal yanaşma tələb edirlərsə, o zaman məsələyə baxmaq olar".

Qeyd edək ki, Rusiyada idman tədbirləri zamanı spirtli içkilərin satılması qadağandır. Lakin rəsmi dairələr beynəlxalq yarışlar üçün istisnalar nəzərdə tutulduğunu da qeyd ediblər. Buna misal kimi futbol üzrə sonuncu dünya çempionatını göstərmək olar.

  • Əvvəlki

    İsrail təyyarələri Qəzza sektorunda HƏMAS-ın obyektlərinə hücuma başlayıb

Digər xəbərlər