USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da neft qazma qurğularının sayı dəyişmədi

21.07.2018 İqtisadiyyat
0 0
ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu həftə azalıb.

"Kommersant" xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"un həftəlik hesabatına görə, 13-20 İyul dövründə əvvəlki həftəyə nisbətən ABŞ-da neft qazma qurğularının sayı 5 ədəd azalıb.

Beləliklə, ötən həftə 863 olan ABŞ-ın cəmi neft qazma qurğularının sayı bu həftə 858-ə geriləyib.

Neft qazma qurğularının sayındakı azalmanın ardından qlobal bazarda xam neftin qiymətlərində artım görülüb. Brent tipli xam neftin barrel qiyməti 0,6% bahalaşaraq 73,07 dollara, Qərbi Texas (WTI) növü xam neftin barrel qiyməti 68,39 dollara yüksəlib.

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Bu qurğu ilə neft quyuları qazılır.

  • Əvvəlki

    Azərbaycan və Fransa sirkətləri sazişlər imzaladılar

Digər xəbərlər