USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Istehsalı 6 dəfəyə yaxın artdı

23.07.2018 İqtisadiyyat
0 0
Azərbaycanda papiros və siqaretlərin istehsalı 6 dəfəyə yaxın artıb.

"Kommersant" Dövlət Statistika Komitəsinin (DSK) hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar- iyun aylarında 2 278,4 milyon ədəd papiros və siqaret istehsal edilmişdir. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 dəfə çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana 60 milyon 137 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 12 milyon 318 min dollar və yaxud 17% azdır.

Hesabat dövründə Azərbaycandan 5 528,07 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 550 880 dollar və yaxud 9,06% azdır.

  • Əvvəlki

    Azərbaycanda telekommunikasiya sahəsində tənzimləyici orqan yaradılacaq

Digər xəbərlər