"Kommersant" xəbər verir ki, Çin AB və Asiya ölkələrindən idxal olunan polad materialları aşağı qiymətə satıldığından şübhələnib və sorğu başladılıb. Sorğunun Çinin ABŞ-la münasibətlərinin gərgin olduğu vaxtda başlanması, ölkənin digər ticarət ortaqları ilə də arasının pozulmasına gətirib çıxara biləcəyinə dair fikirlər mövcuddur.
Çinin İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, AB, Cənubi Koreya, Yaponiya və İndoneziyadan idxal edilən paslanmaz polad ortalama qiymətdən xeyli aşağı satılır. Bu da dövlətin şübhəsinə və şübhələrin sübuta yetiriləcəyi halda məhsullara əlavə gömrük vergisi tətbiq etməsinə səbəb olacaq.