Rusiya Mərkəzi Bankının qızıl və valyuta ehtiyatları azalıb.
Rusiya Mərkəzi Bankının (RMB) verdiyi açıqlamaya görə, ötən həftə 594,3 milyard dollar olan ehtiyatlar artaraq 590,1 milyard dollar olub.
Martın 1-nə qızıl ehtiyatları 74,9 milyon unsiya, 152,52 milyard dollar təşkil edib.
Qızıl-valyuta ehtiyatları 2022-ci ilin sonunda 598,6 milyard dollar səviyyəsində olub. Rusiyanın qızıl-valyuta ehtiyatları 1999-cu ilin aprelində 10,8 milyard dollara enib.
Rusiya, Çin, Yaponiya, İsveçrə və Hindistandan sonra 5-ci ən böyük ehtiyata malik ölkədir.