USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Goldman Sachs-dan seçkidən sonra ilk şərh!

01.04.2024 İqtisadiyyat
0 0
Goldman Sachs seçkidən sonra dərc etdiyi ilk qiymətləndirməsində türk lirəsi üçün müsbət performans gözlədiyini bildirib.

Goldman Sachs iqtisadçıları türk lirəsinin əvvəlki aylarla müqayisədə daha yaxşı performans göstərəcəyini, seçkilərin arxada qalması ilə kapital axınının artacağını gözləyirlər.

Goldman Sachs iqtisadçıları, o cümlədən Clemens Grafe, Türkiyədə yerli seçkilərin böyük ölçüdə rəqabətsiz keçəcəyini və mövcud iqtisadi siyasətlərin davam etdiriləcəyi mesajının bazarlar tərəfindən müsbət qarşılanacağını proqnozlaşdırmışdı.

Ehtiyatlarda ciddi itki var

Hesabatda ilin əvvəlindən kapital axını və seçki qeyri-müəyyənliyi səbəbindən Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatlarında ciddi itki olduğu xatırladılıb.

Ancaq cari siyasətlərin davam etdirilməsi ilə kapital axınının yaxın həftələrdə yenidən başlayacağı proqnozlaşdırılırdı. Cari balansdakı sürətli yaxşılaşmanın da təsiri ilə TL-nin əvvəlki aylara nisbətən çox daha yaxşı performans göstərəcəyi təxmin edilirdi.

  • Əvvəlki

    Duzun həyat üçün təhlükəsi üzə çıxıb

Digər xəbərlər