USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Facebook” öz internet peykini yaradır

24.07.2018 İqtisadiyyat
0 0
“Facebook” yüksəksürətli internetə çıxışı təmin etmək üçün öz təşəbbüsünü inkişaf etdirməyə davam edir. “Wired” nəşrinin sorğusu əsasında Federal Rabitə Komissiyasından əldə edilmiş sənədlərə əsasən, həmin şirkət dünyada qlobal internetə effektiv genişzolaqlı çıxışı təmin etmək üçün öz internet peykini hazırlayır.

"itc.ua" saytı xəbər verir ki, "Facebook"un nümayəndəsi "Athena" adlı layihə üzərində çalışdıqlarını təsdiq edib.

"Hazırda bu layihə haqda məlumat verə bilmərik, amma peyk texnologiyalarının növbəti nəsil genişzolaqlı çıxış infrastrukturunun inkişafında mühüm rol oynayacağına inanırıq. Bu, internetin əlçatmaz olduğu regionları genişzolaqlı qoşulma ilə təmin etməyə imkan verəcək", – deyə "Facebook"un mətbuat xidmətindən bildirilib.

Ötən ilin sentyabrında tərtib edilmiş genişzolaqlı rabitənin inkişafı haqda hesabata əsasən, planetin 50 faizdən çoxu hələ də qlobal şəbəkəyə qoşulmayıb və bu problemi həll etmək üçün yeganə yol aşağı yerətrafı orbitdə peyklərdən istifadə etməkdir.

Qeyd edək ki, bu istiqamətdə "OneWeb" və "SpaceX" kimi şirkətlər də işləyir.

Azərtac