USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FAX Rusiyadakı kartellərdən dəyən məcmu zərəri qiymətləndirib

24.07.2018 İqtisadiyyat
0 0
Kartellərdən əldə olunan zərər ÜDM-in 1,5-2%-ni təşkil edir.

"Kommersant" xəbər verir ki, Federal Antiinhisar Xidməti (FAX) idarəsinin rəis müavini Andrey Tsyqanov açıqlama verərək bildirib ki, kartellərin 85%-i hərraclarda hiylə ilə məşğul olur. O bildirib ki, kartellərdən əldə olunan zərər ÜDM-in 1,5-2%-ni təşkil edir.

Tsyqanovun açıqlamasına görə kartellərin hiyləsi Rusiya Federasiyası və rus istehlakçılarının büdcəsinə milyardlarla rubl zərər verir və bunun qarşısı ən qısa vaxtda alınmalıdır. O, sonda, kartellərin yol tikintisi, bələdiyyə və dövlət ehtiyacları, nəqliyyat, mənzil-kommunal xidmətləri sahələrində daha çox yayıldığını vurğulayıb.