USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mərkəzi Bankın faiz artırmasının TL-yə çox faydası olmaya bilər"

24.07.2018 Bank
0 0
Avropanın iri maliyyə təşkilatı "Commerzbank"ın hesabatında, Türkiyə Mərkəzi Bankının (TCMB) Çərşənbə axşamı günü (bu gün) keçirəcəyi iclasından çıxacaq mümkün bir faiz qərarının təsirləri qiymətləndirilib

"Kommersant" xəbər verir ki, analitiklər Türkiyə Mərkəzi Bankının faizi 100 - 125 bənd artıracağını gözləyirlər. "Commerzbank" da analitiklərə qatılır.

Buna qarşı, faizin artırılması Prezidenti Ərdoğanın "aşağı faiz" siyasətinə ziddir. Hesabatda faizin artırılmasının bazar tərəfindən "müvəqqəti" qəbul edilə bilinəcəyinə diqqət çəkilib.

"Commerzbank" görə, Mərkəz Bankının faiz artırmasının Türk Lirəsinə(TL) çox faydası olmayacaqdır.

Banka görə, Prezidenti Ərdoğan, Xəzinə və Maliyyə naziri Albayrak kimi mühüm adlar yüksək faizlərə qarşıdırlar. Əgər bu adlar faizin artırılmasını dəstəkləsələr TL-nin möhkəmlənməsi baş verə bilər.

"Commerzbank"a görə, faizin artırılması hökumətdən tam dəstək alması halında TL ciddi şəkildə dəyər qazana bilər.

Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Kabineti, 24 İyun seçkilərindən sonrakı ilk iclasını bu gün keçirəcək. Ekspertlərə görə, iyun ayında 15%-i aşan inflyasiya faizin artırılmasını tələb edir.

Mərkəzi Bankın, müstəqilliyini investorların müzakirəsinə səbəb olmadan necə bir yol tutacağı maraqla izlənir.

Mərkəzi Bank sonuncu dəfə 7 İyunda faizi 125 bənd artıraraq 17,75%-ə yüksəltmişdi.