USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürət və sərnişin qatarlarında gediş haqları 10% artırılacaq - AÇIQLAMA

24.07.2018 İqtisadiyyat
0 0
27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant"a daxil olmuş açıqlamaya görə, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılacaqdır.