USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çip istehsalında 2,3 trilyonluq payı uğrunda mübarizə

13.05.2024 İqtisadiyyat
0 0
Xüsusilə pandemiya dövründə yaşanan təchizat problemləri və sonrakı süni intellektin sürətlənməsi ilə çip istehsalçıları tutum artımı və investisiya üçün bir-biri ilə rəqabət aparır. Hökumətlər öz ölkələrinə investisiya cəlb etmək üçün böyük bir yarışa girib.

Cənubi Koreya çip müharibələrində qələbə qazanmaq üçün əlində olan bütün vasitələrdən istifadə edir. Həftə sonu Cənubi Koreyanın Maliyyə Naziri Choi Sang-mok, çip tədqiqatları və bu sahədə investisiyalar üçün təxminən 7,3 milyard dollarlıq başqa bir dəstək paketi hazırladığını açıqlayıb.

Cənubi Koreya Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, nazir Çoyun yerli çip avadanlığı istehsalçılarının rəhbərləri ilə keçirdiyi görüşdə dövlət və özəl maliyyə qurumlarının aktivləşdiriləcəyi yeni paketin təfərrüatları, çox yaxında elan olunacaq. Cənubi Koreya prezidenti Yoon Suk Yeol əvvəlki açıqlamalarında investisiyalar üçün vergi üstünlükləri vəd edərək “çip müharibəsi”ndə qalib gəlmək üçün bütün mümkün resurslardan istifadə edəcəyinə söz verib. Yeni elan edilmiş dəstəklərdən asılı olmayaraq, Cənubi Koreya paytaxt Seulun cənubunda, dünyanın ən böyük yüksək texnologiyalı kompleksi olduğunu iddia etdiyi Yongində meqa çip klasteri qurur.

ABŞ-dan 50 milyard dollarlıq təşviq paketi

Yaxın 10 ildə dünya üzrə çip investisiyalarının 2,3 trilyon dolları keçəcəyi gözlənilir. Bu investisiyaları cəlb etmək üçün açıqlanan CHIPS Aktı ilə ABŞ ümumi investisiyaların 28 faizini, yəni təxminən 646 milyard dolları cəlb etməyi hədəfləyir. Bu məqsəd üçün 50 milyard dollardan çox dəyərində təşviq paketi həyata keçirmişdir. ABŞ son 20 ildə yatırılan çip investisiyalarının yalnız doqquz faizini cəlb edə bilib.

  • Əvvəlki

    "Türkiyəni öz regionunun İsveçrəsi etməliyik" - Bank Qurucusu

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Metada nə baş verir?
0 0