USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Faizlərin yüksəlməsi çətinliklər yarada bilər - EKSPERT RƏYİ

24.07.2018 İqtisadiyyat
0 0
"Şok effekti yaradan qərarın təsirinin azalacağı və yaxın gunlərdə maliyyə bazarlarında sabitliyin yaranacağı gözlənilir"

"Kommersant" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Cəfər İbrahimli deyib. O bildirib ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yatırımçı və bazar gözləntisinin əksinə olaraq yüksəltmədi və 17.75%-də sabit saxladı:

"20 gün əvvəl uçot dərəcəsini 600 baz puan artıraraq 17.75%-ə çıxarmasından sonra bu gün yenidən artırılması inandırıcı görünmürdü və olmadı da. Bu qərardan sonra an etibarı ilə Borsa İstanbul indexsi 3.55% düşərkən, Türkiyə lirəsi ABŞ dolları qarşısında 4% dəyər itirərək 4.93-ə yüksəldi. Şok effekti yaradan qərarın təsirinin azalacağı və yaxın gunlərdə maliyyə bazarlarında sabitliyin yaranacağı gözlənilir.

Nəzər almaq lazımdır ki, ölkə kifayət qədər yüksək daxili və xarici borca sahibdir və faizlərin yüksəlməsi maliyyə və fiskal siyasətin həyata keçirilməsində çətinliklər yarada bilər."