USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şengen böhranı böyüyür

17.05.2024 İqtisadiyyat
0 0
Türkiyə vətəndaşlarının Şengen vizası müraciətlərinin rədd edilmə nisbəti 4 illik müddətdə əhəmiyyətli dərəcədə artıb. 2019-cu ildə imtina nisbəti 9,7 faiz olduğu halda, 2023-cü ildə 16,1 faizə yüksəlib.

2019-cu ildə yüzdə 9,7 olan Türkiyə vətəndaşlarının Şengen vizası müraciətindən imtina nisbəti 2023-cü ildə yüzdə 16,1-ə yüksəlib. Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Bağlıkaya kvota çatışmazlığı səbəbindən viza üçün müraciət edə bilmənin belə uğur olduğunu ifadə edərək, “İnsanların səyahət azadlığı əlindən alınır” dedi.

Yay mövsümü yaxınlaşdıqca xaricdə istirahət etməyi planlaşdıran vətəndaşların planları viza maneələri ilə qarşılanır.

Şengen zonası ölkələri məhdud kvotaların doldurulması səbəbindən viza görüşlərini may ayının sonuna qədər bağladı.

İtaliyanın görüşləri iyunun sonuna qədər bağlansa da, ilk dəfə ABŞ vizası üçün müraciət edəcək vətəndaşlara yalnız 2025-ci ilin sentyabr-oktyabr dövrü üçün görüş verilir.

NTV-nin xəbərinə görə, TÜRSAB sədri Firuz Bağlıkaya viza proseslərində yaşanan problemlərdən danışaraq, pandemiyadan dərhal sonra şiddətlənməyə başlayan viza probleminin hər il artdığına diqqət çəkib.

  • Əvvəlki

    İtaliyaya pis xəbər: 3 ildə Avropanın ən çox borcu olan ölkəsi olacaq

Digər xəbərlər

04.12.2024 İqtisadiyyat
Morgan Stanley proqnozunu yeniləyib
0 0
03.12.2024 İqtisadiyyat
Qızıl bahalaşacaq - AÇIQLAMA
0 0