USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ethereum investorları diqqətli olun: Sabah kritikdir

22.05.2024 İqtisadiyyat
0 0
Kriptovalyuta bazarında bütün diqqətlər SEC-in spot Ethereum mübadiləsi fondu (ETF) tətbiqləri ilə bağlı qərarındadır. SEC mayın 23-ün sonuna kimi müsbət və ya mənfi qərarını elan etməlidir.

BlackRock, VanEck və Fidelity daxil olmaqla bir çox ABŞ-da yerləşən investisiya idarəçiliyi şirkətləri komissiyaya Ethereum üçün 10 spot ETF-lər təqdim etdilər. Şirkətlər Bitcoin kimi Ethereum-un da spot ETF ilə ənənəvi birjalarda satılmasını tələb edir.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) daha əvvəl ETF müraciətlərini təxirə salmağa qərar vermişdi. Müraciətləri 3 dəfə təxirə salmaq hüququna malik olan SEC mayın 23-dək “VanEck Ethereum ETF” üçün müsbət və ya mənfi qərarını açıqlamalıdır.

Ethereum ETF-lərinin bu həftə təsdiqlənəcəyi gözləntiləri ilə kriptovalyuta bazarında artım müşahidə edilərkən, Ethereum-un qiyməti 3800 dolları, Bitcoin-in qiyməti isə 70 min dolları keçib.

“ABŞ seçki prosesinə təsir edir”

Kadir Has Universiteti Yeni Media Departamentinin müəllimi İsmail Hakkı Polat, AA müxbirinə verdiyi açıqlamada, spot Bitcoin ETF təsdiqindən sonra Ethereum üçün ümid olduğunu, lakin gələcəkdə SEC sədri Gary Genslerin açıqlamaları ilə bu gözləntinin mənfiyə çevrildiyini xatırladıb.

ABŞ-da prezident seçkilərinin yaxınlaşması ilə konyukturanın dəyişməyə başladığını açıqlayan Polat, Respublikaçı Donald Trampın kriptovalyutalara bir az daha müsbət yanaşması ilə demokratların da antikripto mövqeyə düşməyə başladığını bildirib.