USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sınıq Körpü” sərhəd-keçid məntəqəsindəki mövcud vəziyyət müzakirə edilib

24.07.2018 İqtisadiyyat
0 0
İyulun 24-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Kommersant"a bildirilib ki, qurum rəhbərləri sərhəd-keçid məntəqəsində mövcud vəziyyəti müzakirə edib, vətəndaşlar, o cümlədən sürücülərlə görüşərək sərhədkeçmə prosesindəki vəziyyətlə bağlı onların rəy və təkliflərini dinləyiblər.
Səfər çərçivəsində “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.
Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlığın gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər.