Böyük Britaniyada pərakəndə satışların aprel ayında 2,3 faiz azaldığı bildirilib. Satışların azalmasının əsas səbəbi ölkədə yağışlı hava şəraitinin alışa təsir etməsidir.
Britaniya Milli Statistika İdarəsi aprel ayı üzrə pərakəndə satış məlumatlarını açıqlayıb. Buna görə mart ayında yüzdə 0,2 azalışın ardından pərakəndə satışlar aprel ayında yüzdə 2,3 azalıb.
Bütün sektorlarda satışlar azalsa da, ölkədə havanın yağıntılı olması geyim, idman ləvazimatları, oyun və mebel satışına mənfi təsir göstərib.
Pərakəndə satışlar fevral-aprel aylarını əhatə edən 3 ayda əvvəlki 3 aylıq dövrə görə yüzdə 0,7 artıb, illik bazda isə yüzdə 0,8 azalıb.