USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya spirti Türkiyə bazarına hazırlaşır

27.05.2024 İqtisadiyyat
0 0
Rusiya İxrac Mərkəzi, türk distribütorlarının təşkil edəcəkləri böyük bir tədbirlə Rusiya spirtli içkilərini qarşılayacaqlarını açıqladı.

Rus spirtinin xaricə yayılmasında əhəmiyyətli paya malik olan Rusiya İxrac Mərkəzi (REC), Rusiya spirt ixracatçıları üçün təşkil edilən milli tanıtım tədbiri ilə türk distribütorlarının rus spirti ilə tanış ediləcəyini bildirib.

Türkiyə-Rusiya ticarətində yeni iş təşəbbüslərində qabaqcıl sayılan tədbirlə bağlı REC, “Bu yay üçün əhəmiyyətli türk distribyutorlarının zəngin irsi ilə tanış ola biləcəkləri genişmiqyaslı bir tədbir planlaşdırılır” deyib.

“Ria Novosti”də yer alan xəbərə görə, tədbirin Rusiya ilə Türkiyə arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi, eləcə də spirtli içkilərin ixracında mühüm mərhələ olacağı gözlənilir.

Hadisə ilə bağlı təfərrüatlar açıqlanmayıb.

  • Əvvəlki

    Çin çip sənayesini 47,5 milyard dollarlıq yeni fondla gücləndirəcək

Digər xəbərlər