Fitch-in Çinə vergi qərarından sonra Avropa bazarı ilə bağlı şərhi
Fitch-in verdiyi açıqlamada, Çindən Avropaya Volvo, Polestar və Dacia tərəfindən istehsal edilən avtomobil ixracının 2023-cü ildə AB-də elektrikli avtomobil satışlarında yüzdə 4-dən az paya sahib olduğu bildirilib.
Alman avtomobil istehsalçılarının satışlarında Çinin orta hesabla yüzdə 10 paya sahib olduğuna diqqət çəkən açıqlamada, Çinin Avropada istehsal edilən avtomobillərə əlavə vergi tətbiq etməsi halında bunun avtomobil istehsalçıları tərəfindən kompensasiya edilə biləcəyi qeyd edilib.
Alman və Çin avtomobilləri təsirlənə bilər
Açıqlamada Almaniya və Çinin birgə istehsal etdiyi nəqliyyat vasitələrinin satışlarının təsir altına düşə biləcəyi, ticarət gərginliyinin artacağı təqdirdə bu cür müştərək müəssisələrin pul axını yaratmaqda çətinlik çəkəcəyi bildirilib.
Çin cavab verərsə, ən çox Almaniya təsirlənəcək
İyunun 12-də edilən açıqlamada Aİ iyulun 4-dən etibarən Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına 38,1 faizə qədər əlavə vergi tətbiq edilməsinin planlaşdırıldığını açıqlayıb.