Növbəti 2 günün hava proqnozu açıqlandı
26.07.2018
İqtisadiyyat
0
0
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində xüsusi bir dəyişiklik gözlənilmir.
Onun sözlərinə görə, iyul ayının 29-dək hava şəraiti sabit, yağmursuz keçəcək: "Havanın temperaturu bölgələrdə 36-41, Bakıda 32-37, Dağlıq ərazilərdə 27-32 dərəcə isti təşkil edəcək. Yəni temperatur rejimində xüsusi bir dəyişiklik gözlənilmir".
Küləyə gəlincə mütəxəssis bildirib ki, növbəti iki gündə Azərbaycan ərazisində şimal-şərq küləyi əsəcək.
Digər xəbərlər
12.12.2025
İqtisadiyyat
Daha bir ödəniş şirkətinin fəaliyyəti müvəqqəti dayandırılır - Səbəb açıqlandı
0
0
11.12.2025
İqtisadiyyat
11 ayda 143 mindən çox şəxsə proaktiv qaydada müavinət və təqaüd verilib
0
0



















.jpg)



















































