USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tarixin ən böyük şirkət dəyərsizləşməsi baş verə bilər

26.07.2018 İqtisadiyyat
0 0
"Facebook Inc" şirkəti tarixinin ən böyük dəyərsizləşməsi ilə qarşı-qarşıyadır.

"Kommersant.Az" xəbər verir ki, Facebook-un səhminin qiyməti Çərşənbə günü 217.50 dollar səviyyəsindən bağlamasının ardından məhdud əməliyyatlarda 24 faiz ucuzlaşıb. Bu gün Nyu-Yorkda birja açılandan sonra ucuzlaşmanın davam etməsi vəziyyətində, "Facebook", bazar dəyərinin təxminən 150 milyard dollarlıq hissəsini itirəcək. Bu, Amerika tarixində səhmlər bazarında bir şirkətin qeyd etdiyi ən yüksək gündəlik itki olacaqdır.

Müqayisə etmək lazım gələrsə texnologiya nəhəngi IBM-in bazar dəyəri 120 milyard dollar təşkil edir.

Sosial media platforması Çərşənbə günü ikinci rüb balansını açıqlayıb. Şirkətin xalis mənfəətində bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31%-lik artım olmasına baxmayaraq, investor gözləntilərini (proqnozları) ödəməyib. Bu səbəbdən investorlar məyus olublar.

Şirkətin ikinci rüb gəliri illik 42 faiz artaraq 13.2 milyard dollar olsa da 13.3 milyard dollarlıq proqnozu qarşılamayıb.

Gündəlik aktiv istifadəçilərinin sayı da 1.47 milyard ilə 1.48 milyardlıq analitik proqnozdan aşağı qalıb.

Sosial media nəhənginə bir əvvəlki rübdə baş verən məlumat qalmaqalı mənfi təsir göstərib.

Qrafikdə ötən on ildə bazar dəyəri 150 milyard dolların üzərində olan şirkətlər arasında diqqət çəkən tarixi itkilər göstərilib. Əksəriyyəti texnologiya şirkətlərindən ibarətdir.

Texnologiya şirkətlərinin çökdüyü dövrdə (2000-ci ilin Sentyabr ayı) "İntel", bazar dəyərindən bir gündə 91 milyard dollar itirmişdi. Maliyyə böhranı və durğunluğun təsirilə zərbə alan "Exxon Mobil Corp"un bazar dəyərindən 2008-ci ilin Oktyabr ayında bir gündə 53 milyard dollar azalmışdı. "Apple Inc."ın 10 ilin ən yavaş mənfəət artımını açıqlaması 24 Yanvar 2013-də dəyərinin 60 mlyar dollar itirməsi ilə nəticələnmişdi.

  • Əvvəlki

    İsmayıllının prokuroru işdən çıxarılıb, köməkçisi həbs edilib - RƏSMİ

Digər xəbərlər