USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məcburi köçkün məktəblərinin şagirdləri arasında intellektual müsabiqə keçirilib

26.07.2018 İqtisadiyyat
0 0
“Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “İntellektual oyun-müsabiqə vasitəsilə məcburi köçkün məktəblərində yol təhlükəsizliyinin profilaktikası” layihəsi çərçivəsində Binəqədi Gənclər Evində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarını təmsil edən məktəblərin şagirdləri arasında “Yol təhlükəsizliyi” mövzusunda intellektual müsabiqə keçirilib.

"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Şuranın, Daxili İşlər Nazirliyinin müvafiq idarələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Binəqədi rayon gənclər və idman idarəsinin, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin nümayəndələri, məcburi köçkün məktəblərinin direktorları, valideynlər və məktəblilər iştirak ediblər.
Komandalar müsabiqədə yol təhlükəsizliyi məsələləri ilə bağlı 50 sualdan ibarət test kitabçalarını cavablandırıblar.
Sonda qalib komandaların üzvləri mükafatlandırılıblar.