USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trump Türkiyəni hədələdi

27.07.2018 İqtisadiyyat
0 0
Hədəf bu dəfə Türkiyədir

"Kommersant.az" ABŞ prezidenti Donald Trump Türkiyənin 2016-ci il dövlət çevrilişində təqsirli bilinən və həbsdə olan amerikan rahib Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Türkiyəyə qarşı sanksiyalar başladacağını bildirib.

Trump: "Branson kimi gözəl din xadimi, yaxşı insanı həbsdə saxlamaq doğru deyil və bu günahsız şəxs ən qısa vaxtda azad edilməlidir".

Qeyd edək ki, Endryu Bransonun İzmir məhkəməsinin qərarı ilə çərşənbə günündən etibarən ev həbsində olmasına qərar verilib.