USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakı"nı kiçiltməyə çalışan klinikadan - AÇIQLAMA

27.07.2018 İqtisadiyyat
0 0
Klinika tərəfindən atılan bu addımı diqqət cəlb etmək üçün "düşünülmüş reklam", "qanundakı boşluq", loqonu isə "Adidas"ın filialı, "pambıq qozası" adlandıranlar da olub.

Bakıda yerləşən özəl xəstəxanaların birində Azərbaycan paytaxtının adı kiçik hərflə yazılıb.

"Kommersant.az" xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin adında paytaxtın adının kiçik hərflə yazılması "Hell"in marketinq direktoru Müşviq İsgəndərovun paylaşdığı postdan sonra geniş müzakirələrə səbəb olub.

Klinika tərəfindən atılan bu addımı diqqət cəlb etmək üçün "düşünülmüş reklam", "qanundakı boşluq", loqonu isə "Adidas"ın filialı, "pambıq qozası" adlandıranlar da olub.

Məsələyə aydınlıq gətirmək üçün adıçəkilən klinikanın mövqeyini öyrənməyə çalışsaq da, 2 gün ərzində heç bir rəsmi cavab ala bilmədik. Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları əvvəlcə bildirdilər ki, mövzu ilə bağlı rəhbərliyə artıq məlumat verilib. Sual yazılı şəkildə klinikanın elektron ünvanına göndərilməlidir. Həmin ünvana yazılı müraciət etmək istəsək də, adresin yanlış olduğu ortaya çıxdı.

Bu barədə klinika əməkdaşlarına müraciət etsək də, məsələyə aydınlıq gətirə biləcək cavabdeh şəxs tapa bilmədik. Nə baş həkim, nə də xəstəxananın Mətbuat xidməti əməkdaşlarının heç biri iş yerində tapılmadı.

"Loqoda adın yazılışı ilə qurumun adının yazılışı fərqli şeylərdir".

Bunu redaksiyamıza açıqlamasında "Yello Advertising"in həmtəsisçisi Namiq Bayramov deyib. Onun sözlərinə görə, rəsmi yazışmalarda, eləcə də, hər hansı mətndə bir qurumun adı böyük hərflə başlamalıdır, loqoda isə belə bir məcburiyyət yoxdur:

"Loqo dizayn məhsuludur. Orada belə şeylərə imkan verilir. Hansısa səhvdən söhbət belə gedə bilməz. Bu gözdən yayınmayıb, loqo simvolu ilə estetik ahəng təşkil etdiyi üçün belə yazılıb. Buna dair Azərbaycanda və dünyada çoxsaylı nümunələr var. Nəzərə almaq lazımdır ki, neqativ şərh yazan insanların əksəriyyəti məsələyə birtərəfli, sırf orfoqrafiya nöqteyi nəzərindən yanaşır. Biz isə işi görməzdən əvvəl bunu ölçüb-biçmişik və mümkünlüyünü qiymətləndirmişik".

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov "Kommersant.az"a verdiyi açıqlamasında bildirdi ki, qanunvericilik bununla bağlı hansısa müddəa nəzərdə tutmayıb:

"Bu baxımdan məsuliyyətə cəlb edilməkdən söhbət gedə bilməz. Ən azı ictimai qınaq ola bilər. Adın yazılması prinsipcə reklam sayılmır. İnternet saytlarının adları da kiçik hərflərlə yazılır. Bu, bir az mübahisəli məsələdir. Reklam olsa idi o zaman icra hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlə məşğul olmalı idi".

  • Əvvəlki

    "Kapital Bank" kapitalını artırır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0