USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabaha olan - HAVA PROQNOZU

28.07.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha gözlənilən hava proqnozunu açıqlayıb.

"Kommersant.az" ETSN-nin yaydığı məlumata istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26°, gündüz 31-35° isti olacaq. Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.