"Kommersant.az" xəbər verir ki, Ankara ABŞ-ın İrana qarşı sanksiyalarına baxmayaraq, İrandan ixrac olunan qazdan imtina etmək niyyətində olmadığını açıqlayıb. Bu barədə, Türkiyə prezidenti Erdoğan, mətbuata verdiyi açıqlamada bildirib.
Erdoğan, vaxtilə Obamaya, bu gün isə Trumpa heç nəyə baxmayaraq İran qazının ixracını dayandırmayacağını bildirdiyini vurğulayıb. O, əgər İranla əməkdaşlığı dayandırarsa, Türkiyənin mavi yanacağı idxal edə biləcək alternativi olmadığını da əlavə edib.