Əcnəbilər Azərbaycanda 620,4 milyon manatlıq alış-veriş ediblər

30.07.2018 İqtisadiyyat
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub.

"Kommersant.az" xəbər verir ki, "İxrac İcmalı"nda məlumat verilib ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 620,4 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 113 milyon AZN və ya 22,3 faiz artıb.

2018-ci ilin iyun ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,7 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 27,3 faiz artıb.

© Marja