USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sosial müavinət alanların sayı açıqlanıb

30.07.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin iyulun 1-i tarixinə 409 284 nəfəri aylıq sosial müavinətlə təmin edir.

"Kommersant.az" xəbər verir ki, bu, barədə nazirlikdən məlumat verilib.

Onların sırasına əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət alanlar, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər daxildir.

Cari ilin 6 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı isə 48 391 nəfər təşkil edib. Birdəfəlik müavinətlər uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilir. Dəfn xərci olaraq da birdəfəlik müavinət verilir. Eləcə də, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.

© Report

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0