USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Fitch" agentliyinin proqnozu qeyri-neft sektoruna investisiya yatırmasına zəmin yaradacaq

30.07.2018 İqtisadiyyat
0 0
Orta aylıq əməkhaqqı səviyyəsinə görə Azərbaycanın MDB məkanında ilk üçlüyə daxil olması müsbət məqamdır. Nəticə etibarilə Azərbaycanda orta aylıq əməkhaqqının dollar ifadəsində MDB-nin əksər ölkələri ilə müqayisədə daha yüksək olduğundan xəbər verir. Eyni zamanda, Azərbaycanın MDB-də bu mövqeyi xüsusən də ötən il iqtisadiyyatın stabilləşməsi və bu ildə iqtisadi tempinin güclənməsi ilə bağlıdır.

Kommersant.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
İqtisadçı-ekspert qeyd edib ki, ötən il iqtisadiyyatda stabilləşmə manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxardı və ötən ilin fevralından etibarən manat stabilliyini qoruyub saxladı. Bu da xüsusən də orta aylıq əməkhaqqıdakı artımların yalnız milli valyuta deyil, həm də dollar ifadəsində qorunub saxlanmasına imkan verdi. Çünki manatın məzənnəsindəki stabillik orta aylıq əməkhaqqının dollar ifadəsində də artımına gətirib çıxardı. Nəticə etibarilə orta aylıq əməkhaqqında dollar ifadəsində artım müşahidə olundu ki, bu da Azərbaycanın mövqeyinin yaxşılaşması və orta aylıq əməkhaqqının həm də dollar ifadəsində yüksəlməsinə gətirib çıxardı. Güman olunur ki, növbəti illər üçün iqtisadi artım tempinin proqnozlaşdırılması orta aylıq əməkhaqqında artımın daha yüksək olacağından xəbər verir. Bu da növbəti illərdə Azərbaycanın bu konteksdən MDB məkanında mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Orta aylıq əməkhaqqının artması dövlət üçün prioritet məsələlərdəndir. Gələcək illərdə də orta aylıq əməkhaqqının artım tempinin qorunub saxlanması prioritet olaraq qalmaqdadır.
"Standard & Poor's" beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatında növbəti dövrdə 3 faiz iqtisadi artımın proqnozlaşdırılması ölkəmizdə iqtisadi artım tempinin bu il daxil olmaqla gələcək illərdə qorunub saxlanacağından xəbər verir. Bu il Azərbaycanda 2 faiz iqtisadi artım proqnozlaşdırılır. Növbəti illərdə Azərbaycanda daha sürətli iqtisadi artımın əldə ediləcəyi gözlənilir. O baxımdan "Standard & Poor's" tərəfindən yüksək iqtisadi artım tempinin proqnozlaşdırılması birmənalı şəkildə məhz Azərbaycanda aparılan islahatların iqtisadi artıma birbaşa təsirindən xəbər verir. Ötən il iqtisadi stabilliyin əldə edilməsi, bu ilin ilk yarısında Azərbaycanın bütün makroiqtisadi göstəricilərində artımın qeydə alınması, ümumi daxili məhsuldakı artım, qeyri-neft ÜDM-dəki artım tempi, xarici ticarət balansındakı 4,5 milyard dollarlıq müsbət saldo, strateji valyuta ehtiyatlarımızın 44 milyard dollara çatması nəticə etibarilə ölkəyə daxil olan valyutanın həcminin artmasından xəbər verir. Bu da təbii ki, makroiqtisadi stabilliyin qorunub saxlanılması baxımından olduqca vacibdir. Makroiqtisadi stabilliyin qorunub saxlanılması həm də Azərbaycan üçün ÜDM-də artım tempinin qorunub saxlanılmasına, növbəti illərdə daha sürətli artımın əldə edilməsinə zəmin yaradır. Bu hesabatda, eləcə də ölkəmizdə növbəti illərdə 3 faizlik artımın proqnozlaşdırılması Azərbaycan üçün müsbət məqamdır və beynəlxalq şirkət tərəfindən ölkəmizdə iqtisadi artımın qiymətləndirilməsi kimi xarakterizə olunmalıdır.
"Fitch" beynəlxalq reytinq agentliyinin reytinqində Azərbaycanda sosial, siyasi stabilliyin uzunmüddətli dövrdə qorunub saxlanacağı bildirilir. Fitch agentliyi də dünyanın aparıcı kredit təşkilatlarındandır. Bu təşkilat tərəfindən ölkəmizdə həm bu il iqtisadi artımın proqnozlaşdırılması, həm də Azərbaycanın valyuta ehtiyatlarının məhz bu konteksdən növbəti illərdə artımın proqnozlaşdırılması və xüsusən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın dövlət gəlirlərinə birbaşa təsir göstərən amillərdən hesab olunur. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan illik olaraq 6 milyard kubmetrdən artıq mavi qazı Türkiyə bazarına, ilk mərhələdə 10 milyard kubmetr mavi qazı Avropaya, ikinci mərhələdə isə Avropaya 20 milyard kubmetrdən çox qaz nəql edəcək. İkinci mərhələdə Azərbaycan tərəfindən Avropa bazarına illik 31 milyard kubmetrə yaxın mavi qazın nəql edilməsi deməkdir. Bu da dövlət gəlirlərinin artması və ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından çox vacibdir.
"Fitch" agentliyinin hesabatı növbəti dövrlərdə ölkəmizdə stabilliyin qorunun saxlanılmasından xəbər verir. Bu da ölkəmizin kredit reytinqinə və bütövlükdə ölkəmizin qeyri-neft sektoruna daha çox investisiya cəlb etməsinə zəmin yaradacaq.

  • Əvvəlki

    Diqqət! Azərbaycanda metro və avtobusda gediş haqları qaldırıldı - Qiymətlər

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0