USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank uşaqlar üçün növbəti yay məktəbi təşkil edib.

31.07.2018 İqtisadiyyat
0 2
Mərkəzi Bank uşaqlar üçün növbəti yay məktəbi təşkil edib.

Bankdan Kommersant.az-a bildiriblər ki, Mərkəzi Bankının iqtisadi maarifləndirmə istiqamətində həyata keçirdiyi və iştirakçıların böyük marağına səbəb olan tədbirlərdən biri də yay məktəbidir. 2016-cı ildən etibarən təşkil edilən yay məktəbi cari ildə 11-13 yaşlı uşaqlar üçün "Maliyyə bacarıqlarını kəşf et!" şüarı ilə təşkil olunub. Tədbirin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım və biznes planların qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirmək olub.
Yay məktəbində uşaqlara hər günün mövzusuna uyğun təqdimatlar keçirilib, öyrədici videoçarxlar izlədilib və intellektual oyunlar oynadılıb. Mövzuların uşaqlara lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar müxtəlif tapşırıqlar və əyani vəsaitlərlə dəstəklənərək interaktiv şəkildə aparılıb.
Qeyd edək ki, budəfəki yay məktəbinə "AccessBank" və "Atəşgah" Sığorta Şirkəti də dəstək verib. Yay məktəbi çərçivəsində iştirakçılar dəstəkləyici qurumların baş ofislərinə də səfər ediblər. Uşaqlara bank xidmətləri və sığorta fəaliyyəti haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Yay məktəbi ərzində iştirakçılar təlim materialları ilə təmin olunub, tədbirin sonunda müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.