USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR-dan Gürcüstanda "yaşıl addım"

31.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şitkətinin (SOCAR) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) günəş enerjisindən istifadə olunacaq.

"Kommersant.az" APA-ya istinadla xəbər verir ki, bu barədə "Socar Georgia Petroleum" şirkətinin direktoru Levan Giorqadze yerli "The Financial" nəşrinə müsahibəsində deyib. O bildirib ki, şirkət YDM-lərin dam örtüyünə günəş panellərinin quraşdırılması imkanlarını təhlil edir: "Biz 5 il ərzində yanacaqdoldurma məntəqələrimizin elektrik enerjisinə olan tələbatının 20-30%-nin günəş enerjisi hesabına ödənilməsini nəzərdə tuturuq". L. Giorqadze həmçinin SOCAR-ın YDM-lərində elektrik avtomobillərin yüklənməsi üçün portların sayının artırdığını da qeyd edib: "Ümumilikdə 7 yanacaqdoldurma məntəqəmizdə elektrik avtomobillərin yüklənməsi üçün aparatlar quraşdırılıb. Bu, bizim müştərilərə bütün Gürcüstan üzrə, Telavidən Batumiyə qədər elektrik avtomobillə səyahət etmək imkanı verir".